Uğurcan Çakır rəsmən “Qalatasaray”da
02.09.2025 - 05:21

"Qalatasaray" heyətini yeni qapıçı ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub Uğurcan Çakırı transfer edib.
Bu barədə İstanbul nəhənginin mətbuat xidməti məlumat yayıb.
Belə ki, "sarı-qırmızılılar" qolkiper üçün "Trabzonspor"a 33 milyon avro ödəyəcək.
Uğurcanla isə 5 illik müqavilə imzalanıb.
Çakır yeni klubunda illik 6 milyon avro qazanacaq.
0
0