Ukrayna millisində ayrılıq - Rebrov dövrü rəsmən bitdi
22.04.2026 - 13:11
Futbol üzrə Ukrayna millisində ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Sergey Rebrov vəzifəsindən istefa verib.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 51 yaşlı mütəxəssislə mövcud müqaviləyə xitam verilib.
Qeyd edək ki, Rebrov 2024-cü ilin yanvar ayından Ukrayna millisinə rəhbərlik edirdi.
0
0