Valverde “Atletik”i tərk edəcək - MÖVSÜMÜN SONUNDA
20.03.2026 - 17:23
"Atletik" mövsümün sonunda müqaviləsi başa çatan baş məşqçi Ernesto Valverde ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssislə yollar ayrılacaq.
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
62 yaşlı çalışdırıcı ilə yeni sözləşmə imzalanmayacaq.
Qeyd edək ki, Ernesto Valverde 2022-ci ilin yayında "Atletik"in baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında 2023/2024 mövsümündə İspaniya Kubokunun qalibi olub.
0
0