Van Persi dövrü rəsmən bitdi: "Feyenord"da ayrılıq
07.06.2026 - 23:36
Niderlandın "Feyenord" klubu baş məşqçi Robin van Persie ilə yollarını ayırdığını açıqlayıb.
Apasport.az xəbər verir ki, Rotterdam təmsilçisi bu barədə rəsmi açıqlama yayıb.
Klub rəhbərliyi mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
42 yaşlı çalışdırıcı 2025-ci ilin fevralında "Feyenord"un baş məşqçisi təyin olunmuşdu.
Qeyd edək ki, Robin van Persi futbolçu karyerası ərzində "Feyenord", "Arsenal", "Mançester Yunayted" və "Fənərbaxça"nın formasını geyinib.
O, Niderland millisinin tarixində ən çox qol vuran futbolçulardan biridir.
0
0