“Tottenhem” bu mövsüm növbəti transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, ötən mövsüm UEFA Avropa Liqasının qalibi olan komanda “Vest Hem”dən Məhəmməd Kudusu heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 24 yaşlı vingerlə 6 illik müqavilə imzalanıb. "Tottenhem" bu keçid üçün qarşı tərəfə 63,8 milyon avro təzminat ödəyəcək.
Kudus yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Qana millisinin üzvü olan Məhəmməd ötən mövsüm "Vest Hem"in heyətində iştirak etdiyi 35 rəsmi matçda 5 qol və 4 assistlə yadda qalıb.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat