“Vest Hem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
28.09.2025 - 10:22

"Vest Hem"in yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Nunu Eşpiritu Santu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Vest Hem" Qrem Potterlə yollarını ayırıb. Nunu Eşpiritu Santunun son iş yeri isə "Nottingem Forest" olub.
0
0