“Qarabağ”ın “Omoniya” ilə oyundakı qolları yubileylə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, ikinci hissənin əvvəlində öz qapısına qol vuran Paris Psaltis Azərbaycan klublarının avrokubokların əsas mərhələsində 50-ci topunun müəllifi olub.
Matçın sonlarında “Qarabağ”ın irəli çıxaran Patrik Andrade isə Ağdam klubunun avrokuboklarda əsas mərhələlər çərçivəsində 40-cı qoluna sevinib.
Bu matçadək Azərbaycan komandaları qrupda 64 oyunda 49 qol vurmuşdu. “Qarabağ” 46 qarşılaşmada 38 dəfə fərqlənmişdi.
Qeyd edək ki, Konfrans Liqasının qrup mərhələsinin V turunun matçı 2:2 hesabı ilə nəticələnib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı