Avropa Liqasının I təsnifat mərhələsini uğurla adlayan Bakı “İnter” bu gün növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin mövsümdəki 2-ci rəqibi İsveçin “Elfsborq” klubu olub.
II təsnifat mərhələsinin ilk matçını da səfərdə keçirən “İnter” ötən mövsüm olduğu kimi yenə Skandinaviya səddini adlamalıdır. Onda “bankirlər” Norveç “Tromse”sini keçə bilməmişdi.
Bu dəfə isə "İnter" İsveçdə sərfəli nəticə qazana bilib. Meydana baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi ilə çıxan komandamız səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
“Elfsborq” (İsveç) – “İnter” (Azərbaycan) - 0:1
Qol: Georgiyevski, 29
Sarı vərəqə: D.M.Kolli, 12
Baş hakim: David Massa (İtaliya)
Boras. “Boras Arena” stadionu
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 4. İvan Benites, 17. Məhəmməd Mirzəbəyov, 7. Abdulla Abatsiyev, 9. Mirzağa Hüseynpur, 11. Asif Məmmədov, 24. Fuad Bayramov.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi