Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan “Neftçi” – “İnter” oyunu kobud hakim səhvi ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, görüşün baş hakimi Rəvan Həmzəzadənin matçın 60-cı dəqiqəsində “bankirlər”in qapısına təyin etdiyi penalti hər kəsin təəccübünə səbəb olub.
Belə ki, hesab 1:0 olarkən Cavid İmamverdiyevin qapı ağzına ötürməsi zamanı qonaqların futbolçusu Zurab Xizanaşvili topun qarşısını əli ilə alıb.
Ancaq referinin düşündüyünün əksinə, topun ələ təması cərimə meydançasının xəttindən nəzərə çarpacaq dərəcədə kənarda idi.
“İnter”li oyunçuların etirazı fayda verməyib və penaltini dəqiq yerinə yetirən Araz Abdullayev hesabı 2:0 edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı