[b]Ramiz Məmmədovun yeni vəzifəsi rəsmən açıqlandı[/b]
25.12.2017 - 13:07
Bu gün “Keşlə” klubunun Müşahidə Şurasının iclası keçirilib. Apasport.az paytaxt təmsilçisinin saytına istinadən xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən sonra qərarlar qəbul olunub.
Komandanın baş məşqçisi vəzifəsinə Yuri Maksimovun təyin edilməsi ilə yanaşı, onun bu postda əvəzlədiyi Ramiz Məmmədovun da taleyinə aydınlıq gəlib. Müşahidə Şurası Məmmədovun “Keşlə”nin idman direktoru vəzifəsinə keçməsi ilə bağlı qərar qəbul edib.
İclasda həmçinin yeni futbolçuların “Keşlə”yə cəlb olunması və digər məsələlər barədə müzakirələr aparılıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0