Hollandiyada "Tvente"ni məğlub edən "Qarabağ" Bakıda azarkeşlərinə sevincli anlar yaşadıb. Tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq şansı əldə edən “Qarabağ” klubunun bu qələbəsi əlaqədar Bakıda qələbə yürüşü keçirilib. Azadlıq meydanına toplaşan "Qarabağ"lı fanatlar qələbə şüarları səsləndirərək Neftçilər prospekti boyu yürüş ediblər.
Qeyd edək ki, Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsini adlayıb.
Qurban Qurbanovun yetirmələri cavab oyununda Hollandiyada yerli “Tvente”nin qonağı olub. Bakıda qolsuz bərabərliklə kifayətlənən “Qarabağ” səfərdə "Tvente" ilə 1:1 hesablı bərabərlik əldə edib. Bu hesab komandamıza tarixidə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adlamaq imkanı verib.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi