DÇ-2014-də Uruqvay millisinin İtaliya yığması ilə matçında rəqib komandanın müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə 4 ay yaşıl meydanlardan kənarlaşdırılan Luis Suaresə rəqib çıxıb. Apasport.az saytının məlumatına görə, bu, PSJ-nin həndbolçusu Marko Koplyardır.
Xorvatiyalı oyunçu “Şamberi” ilə qarşılaşmada rəqib komandanın müdafiəçisi Benjamin Jilyenə qarşı Suares sayağı hərəkət edib.
Belə ki, rəqib qapıya tərəf hücum etmək istəyən Koplyar Jilyen tərəfindən saxlanılıb. Buna hirslənən Marko isə onun qolundan dişləyib.
Koplyarın bu hərəkətindən sonra “Kamberi”nin futbolçuları ona hücum çəkiblər. Matçın baş hakimi aranı sakitləşdirib və dişləyən oyunçunu meydandan qovub.
Qeyd edək ki, PSJ matçda rəqibinə 32:33 hesabı ilə uduzub.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi