Makedoniya çempionatının birinci turunda «Pelister» və «Vardar» komandaları arasında oyunda faciəli hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qumbaranın partlaması nəticəsində azarkeşlərdən birinin əli qopub.
Oyun avqustun 3-də keçirilib. Oyunun son dəqiqələrində «Vardar»ın azarkeşləri və polis arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı polisə əməkdaşlarından biri işıq bombasını əlindən salıb. Azarkeşlərdən biri qumbaranı əlinə götürərək polisə atmaq istəyib. Bu zaman qumbara partlayıb və azarkeşin əli qopub.
Hadisə zamanı yaxılıqdakı daha bir neçə azarkeş də yaralanıb. Makedoniya Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.
Oyun 1:0 hesabı ilə «Vardar»ın xeyrinə başa çatıb. Matçdan sonra komandanın nümayəndəsi bəyan edib ki, azarkeşin əlinin qopması ilə başa çatan oyunun nəticəsinin heç bir əhəmiyyəti yoxdur.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi