Yamal və Rafinya zədədən qayıdıblar
25.11.2025 - 13:16
"Barselona” bu gün UEFA Çempionlar Liqasında “Çelsi” ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin bir müddətdir zədəli olan aparıcı üzvləri Lamin Yamal və Rafinya da artıq srıaya dönüb.
Hər iki oyunçunun adı oyun üçün heyətə daxil edilib.
Rafinya La Liqada "Atletik"ə qarşı (4:0) oyunda zədələnmişdi. Yamal isə qasıq nahiyəsindəki ağrılar səbəbindən meydana çıxa bilmirdi.
Qeyd edək ki, bu gün keçiriləcək “Çelsi” – “Barselona” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
0
0