Yamayka millisinin üzvü "Roma"da
20.08.2025 - 15:55
"Aston Villa"nın üzvü Leon Beyli karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 28 yaşlı vinger "Roma"ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, futbolçu bir illik icarə əsasında A Seriyası təmsilçisinin şərəfini qoruyacaq. Leon yeni komandasında 31 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Yamayka millisinin üzvü olan Beyli "Aston Villa"ya 2021-ci ildə "Bayer"dən 32 milyon avroya transfer olunmuşdu.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0