Yaşari “Milan” yolunda
04.08.2025 - 23:56

"Milan" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi Ardon Yaşari ilə danışıqları yekunlaşdırıb.
"Rossonyerilər" 23 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi "Brügge" ilə ortaq məxrəcə gəlib.
Yaşari "Milan"la 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Ardon ötən mövsüm Belçika çempionatında 35 oyunda 3 qol və 4 ötürmə ilə fərqlənib.
0
0