"Yunayted" braziliyalı üçün 80 milyonu "GÖZDƏN ÇIXARDI"
19.03.2026 - 16:17
“Mançester Yunayted” yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Nyukasl”ın formasını geyinən Bruno Gimaraişi heyətinə qatmağı planlaşdırır.
Bu barədə “Reuters” məlumat yayıb.
Mənbənin iddiasına görə, İngiltərə nəhəngi 28 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro ödəməyə hazırdır. Hazırda tərəflər arasında danışıqlara başlanılıb.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2022-ci ildən “Nyukasl”da çıxış edir. O, bu mövsüm komandasının heyətində meydana çıxdığı 35 rəsmi oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
0
0