İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Yunayted"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar"ın üzvü Viktor Lindelöf komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə uzadılmayıb və futbolçu azad agent kimi komandadan ayrılıb.
Qeyd edək ki, İsveç millisinin üzvü Lindelöf 2017-ci ildə “Benfika” klubundan 35 milyon avroya “Mançester Yunayted”ə transfer olunmuşdu.
O, “Yunayted”in heyətində ümumilikdə 284 rəsmi oyunda meydana çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində