“Yunayted”də kütləvi ayrılıq - 9 FUTBOLÇU
10.06.2025 - 00:09
İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Yunayted"də kütləvi ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komanda, klubun baş məşqçisi Ruben Amorimin gələcək planlarına daxil olmayan 9 futbolçusu ilə vidalaşıb.
Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, Kristian Eriksen, Coni Evans, Viktor Lindelöf, Hubert Qraçik, Cek Kinqton, Sem Murrey, Tom Mayls, Ceyms Nolan və Tom Vuster komandanı azad agent kimi tərk edib.
Qeyd edək ki, "Yunayted" bu mövsüm Premyer Liqanı 42 xalla 15-ci sırada başa vurmuşdu.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0