"Yunayted"in baş məşqçisi ən yaxşısı seçilib
13.02.2026 - 16:53
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada “Mançester Yunayted”i çalışdıran Maykl Kerrik layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli mütəxəssisin rəhbərlik etdiyi komanda ötən ay İngiltərə çempionatında keçirdiyi 2 oyunda 2 qələbə qazanıb.
Qeyd edək ki, “Yunayted” Premyer Liqada 26 turdan sonra 45 xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
0
0