“Yunayted”in yarımmüdafiə üçün yeni planı
20.04.2026 - 09:48
A Seriyası təmsilçisi "İnter"in yarımmüdafiəçisi Davide Frattesi karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, italiyalı futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.
Bu barədə "CaughtOffside" məlumat yayıb.
Mənbənin iddiasına görə, 26 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın yay transfer pəncərəsi üçün ən real namizədlərindən hesab olunur.
Qeyd edək ki, Davide Frattesi cari mövsüm "İnter Milan" forması ilə meydana çıxdığı 29 görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?
0
0