“Yunayted”in yeni baş məşqçi variantı: Niko Kovaç
20.01.2026 - 22:20
“Yunayted”in yeni baş məşqçi variantı: Niko Kovaç

“Mançester Yunayted” baş məşqçi postu ilə bağlı yeni variant üzərində düşünür.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırda Dortmund “Borussiya”sını çalışdıran Niko Kovaçı namizədlər siyahısında saxlayır.

“Qırmızı şeytanlar” alman klubundakı vəziyyət və mütəxəssisin gələcək planları ilə bağlı ilkin araşdırmalar aparıb.

Qeyd edək ki, “Mançester Yunayted”ə hazırda mövsümün sonunadək Maykl Kerrik rəhbərlik edir.