"Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR
01.02.2026 - 13:19
"Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Apasport.az xəbər verir ki, klub Jeremi Boqa transferini yekunlaşdırmaq üzrədir.

Bu barədə insayder Fabiritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, "Nitsa"nın hücumameylli yarımmüdafiəçisi karyerasını A Seriyası nəhəngində davam etdirəcək.

29 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün artıq Turinə gəlib. "Yuventus" Boqanı 5 milyon avroya transfer etmək hüququ ilə icarəyə götürəcək.

Qeyd edək ki, 1 dekabrda "Nitsa" azarkeşlərinin ardıcıl altıncı məğlubiyyətindən sonra oyunçulara hücum etdiyi bildirilib. Fanatlar Boqanı və Terem Moffini döyüb, onların hər ikisinin artıq klubda oynamayacağını elan ediblər.