
“Yuventus” türkiyəli hücumçu Kenan Yıldızla müqavilənin yenilənməsini hədəfləyir, lakin tərəflər razılığa gələ bilmirlər.
Apasport.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, A Seriyası nəhəngi Avropanın bir çox klubunun maraq dairəsində olan gənc futbolçu ilə danışıqlarda irəliləyiş əldə etmir.
Əsas problem maaş məsələsidir: klub Kenana 5 milyon avro məvacib və əlavə bonuslar təklif edib, 20 yaşlı futbolçunun atası isə daha yüksək şərtlər tələb edir.
Qeyd edək ki, Yıldız bu mövsüm “Yuventus”un heyətində keçirdiyi 12 rəsmi oyunda 5 qolla və 6 məhsuldar ötürmə ilə fərqlənib. Türkiyə millisinin üzvünün turinlilərlə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.