"Yuventus" Spaletti ilə danışıqlar aparır
28.10.2025 - 09:53
"Yuventus" Spaletti ilə danışıqlar aparır

“Yuventus”da baş məşqçi axtarışları davam edir.

Apasport.az xəbər verir ki, “qoca sinyora” post üçün Luçano Spaletti ilə danışıqlar aparır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus” mütəxəssisə müddəti mövsümün sonuna kimi olan müqavilə təklif edib.

Təyinat baş tutandan sonra komanda Çempionlar Liqasına vəsiqə əldə etsə, Spaletti ilə müqavilə uzadıla bilər.

Luçano son olaraq İtaliya yığmasına rəhbərlik edib. O, daha əvvəl “Roma”, “İnter”, “Napoli” kimi klublarda işləyib.