"Yuventus" baş məşqçi Luçano Spalettinin klubdakı gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi italiyalı mütəxəssisin mövsümün sonunda başa çatmalı olan müqaviləsinin müddətini uzadacaq.
Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
66 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında "Yuventus"un baş məşqçisi vəzifəsinə təyin olunub. Turin təmsilçisi Çempionlar Liqasında mübarizəni pley-off mərhələsində dayandırıb. Komanda A Seriyasında isə 26 turdan sonra 46 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi