“Yuventus”dan “Fiorentina”ya - RƏSMİ
02.02.2026 - 21:54
"Yuventus"un müdafiəçisi Daniele Ruqani A Seriyasında klubunu dəyişib.
Apasport.az xəbər verir ki, "Fiorentina" italiyalı futbolçunu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ruqani mövsümün sonuna qədər "bənövşəyilər"in formasını geyinəcək. "Fiorentina" A Seriyasında qalsa, 31 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnəcək.
Qeyd edək ki, "Yuventus" Daniele Ruqanini 2013-cü ilin yayında "Empoli"dən transfer edib.
0
0