"Yuventus"un müdafiəçisi Andrea Kambyazo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted", "Arsenal" və "Liverpul" italiyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "TEAMtalk" məlumat yayıb.
İngiltərə klubları Kambyazo üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır. A Seriyası nəhəngi 26 yaşlı sol cinah müdafiəçisi üçün 60 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Yuventus" Andrea Kambyazonu 2022-ci ilin yayında "Cenoa"dan 15 milyon avroya transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə Turun təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”