“Milli komandamızın Avropa çempionatında uğurlu çıxış edəcəyinə inanıram”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə yığmasının sabiq kapitanı Arda Turan deyib.
Qış fasiləsində “Başakşəhər”dən ayrıldıqdan sonra heç bir klubda çıxış etməyən 33 yaşlı yarımmüdafiəçi Türkiyə millisinin qitə birinciliyindəki şanslarını dəyərləndirib. O, “ay-ulduzlular”ın qrup mərhələsinin iki oyununu Bakıda keçirməsini üstünlük hesab edib: “Azərbaycanda ev sahibi kimi iki oyun keçirəcəyik. Digər rəqib İtaliya isə seçmə mərhələdə 10 oyunun hamısında qələbə qazanmış komandadır. Fikrimcə, millimiz onlarla başabaş mübarizə apara bilər. Komandamızın uğurlu nəticələrlə xalqımızı sevindirəcəyinə inanıram”.
Qeyd edək ki, AVRO-2020-nin A qrupunda yer alan Türkiyə millisi iyunun 12-də İtaliya ilə Romada, ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib