Cüdo üzrə Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində ilk medalını qazanıb.
Apasport.az saytının məlumatına görə, buna 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov nail olub.
Yarışa 1/32 final mərhələsindən başlayan Avropa çempionumuz müvafiq olaraq Salvador Kases Roxa (İspaniya), Aleksander Törner (ABŞ), Mohamed Mohyeldin (Misir) və Tsoqtbaatar Tsend-Oçiri (Monqolustan) məğlub edərək, yarımfinala yüksəlib. Lakin 29 yaşlı cüdoçumuz finala vəsiqə uğrunda görüşdə Cənubi Koreya təmsilçisi An Çanqrimə yenilib.
Orucov 3-cü yer uğrunda sloveniyalı Martin Hoyaka qalib gələrək, "Böyük Dəbilqə"nin bürünc mükafatına sahib çıxıb.
Qeyd edək ki, 66 kq çəkidə mübarizə aparan digər cüdoçumuz Orxan Səfərov turniri 7-ci pillədə tamamlayıb. 1/4 final mərhələsinə qədər irəliləyən Səfərov təsəlliverici görüşdə Martin Alberto Qayteroya (İspaniya) məğlub olub.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib