“Formula-1” üzrə dünya çempionatının mərhələləri 2020-ci il üçün təqvimində olmayan yürüş traslarında keçirilə bilər.
Apasport.az saytının məlumatına görə, bunu yarışın sahibi olan “Liberty Media”nın rəhbəri Çeyz Keri açıqlayıb.
O bildirib ki, bəzi mərhələlərin öncədən nəzərdə tutulmadığı yerlərdə keçirilməsi də mümkündür: “Avstraliya Qran-Prisinin ləğvindən sonra potensial təqvimin qurulması ilə bağlı promouterlərlə fasiləsiz olaraq danışıqlar aparırıq. İki əsas vəzifəmiz var. Yarışları keçirə biləcəyimiz ölkələri müəyyənləşdirmək və komandaların personalı ilə avadanlıqları ora aparmağın mümkünlüyünə əmin olmaq. Bütün mərhələlərin promouterləri, o cümlədən öncədən 2020-ci ilin təqvimində olmayan trasların rəhbərləri ilə danışıqlar aparırıq. Əmin olmalıyıq ki, bütün variantları nəzərdən keçirmişik”.
Qeyd edək ki, öncədən Almaniya Qran-Prisi nəzərdə tutulmasa da, “Hokkenhaymrinq”də mərhələnin təşkili gündəmə gəlib.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb