“Formula-1” üzrə dünya çempionatının 2020-ci ildə baş tutacaq ilk mərhələləri rəsmən qapalı tədbir adlanacaq və bağlı qapılar arxasında keçiriləcək.
Apasport.az saytının məlumatına görə, koronavirusun yayılma riskini azaltmaq üçün komandaların personalının sayı da minimuma endiriləcək.
Hər komanda mərhələyə 80-dən artıq əməkdaşını apara bilməz. Onlardan yalnız 60-ı hər iki bolidlə çalışmaq hüququna malik olacaq. Sponsorlar, marketinq, ictimaiyyətlə əlaqələr, təhlükəsizlik və nəqliyyatla bağlı əməkdaşlar isə bu məhdudiyyətə daxil deyil.
İlk qapalı tədbirin Avstriyadakı yürüşlərin olacağı və Avropadakı sonrakı Qran-Prilərin də istisna təşkil etməyəcəyi gözlənilir. Yarışın rəhbərliyi artıq ilin ikinci yarısında tamaşaçıların tribunalarda peyda olmasına ümid edir.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb