“Koronavirusla zarafat etməyin” - idman jurnalisti koronavirusa yoluxdu
22.05.2020 - 09:41
Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı jurnalist özü sosial şəbəkə vasitəsilə paylaşıb.
O bildirib ki, hazırda anası da koronavirusdan əziyyət çəkir və onun vəziyyəti ağırdır: “Allahın köməkliyi ilə koronavirusla mübarizə davam edir. Uca Rəbbim ağır durumda olan anama şəfa versin. Özüm də koronavirusa yoluxmuşam. İki həftədir güclü öskürək, temperatur hücuma keçib. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin”.
Allah şəfa versin!
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0