“Hesab edirəm ki, bütün ölkələrdə koronavirus qurtarana qədər Tokiodakı Olimpiada tam şəkildə keçirilə bilməz”.
Apasport.az saytının məlumatına görə, bunu Yaponiyanın Olimpiya Oyunları ilə bağlı işlər üzrə naziri Seiko Hasimoto deyib.
O bildirib ki, koronavirus pandemiyasının yayıldığı bir vaxtda Tokio-2020 Yay Olimpiya Oyunlarının tam şəkildə keçirilməsi mümkünsüzdür. Nazir yarışın yalnız dünyanın koronavirusun öhdəsindən gəlməsindən sonra təşkilini düzgün sayır: “Biz ilk növbədə öz qüvvələrimizi birləşdirməliyik. Tədbirlər görüb koronavirusa son qoymalıyıq”.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi hələlik iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Olimpiadanın təxirə salınması ilə bağlı rəsmi qərar verməyib.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib