Azərbaycan qılıncoynadanları dünya çempionatını mükafatsız başa vurublar
14.04.2008 - 12:09
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan qılıncoynadanları İtaliyanın Kataniya şəhərində keçirilən yeniyetmə və gənclər arasında dünya çempionatında uğursuz çıxış edirlər. “APA-Sport” agentliyinin məlumatına görə, ilk görüşdə İngiltərəyə 31:45 hesabı ilə uduzan oğlanlardan ibarət sablya yığmamız da mübarizəni erkən dayandıraraq, mükafatçılar sırasında yer ala bilməyib. Bundan əvvəl isə qızlardan ibarət sablya millimiz ilk görüşdə Yaponiyaya məğlub olub – 40:45.
Qeyd edək ki, qılıncoynadanlarımız fərdi birincilikdə də uğursuz çıxış edərək medal qazana bilməyiblər.
Qeyd edək ki, qılıncoynadanlarımız fərdi birincilikdə də uğursuz çıxış edərək medal qazana bilməyiblər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0