Teymur Rəcəbov Rusiya çempionatının son turunda Pyotr Svidlerlə heç-heçə oynayıb
14.04.2008 - 09:17
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Soçi şəhərində təşkil edilən şahmat üzrə klublararası Rusiya Premyer Liqasına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın sonuna bir tur qalmış çempionluğu təmin edən Teymur Rəcəbovun çıxış etdiyi “Ural” (17 xal) klubu 11-ci turda FİNEK komandası ilə heç-heçə oynayıb – 3:3. Qrossmeysterimiz birinci lövhədə rusiyalı Pyotr Svidlerlə xalları yarı bölüb. Vüqar Həşimovun şərəfini qoruduğu “Şatar-Metropol” TPS klubuna 2,5:3,5 hesabı ilə uduzaraq 12 xalla 6-cı yeri tutub. Həmyerlimiz birinci lövhədə ukraynalı Vasili İvançukla heç-heçə edib. Şəhriyar Məmmədyarovun yer aldığı “Spasio-Swis” klubu da eyni hesabla “Ekonomist-SQSEU-1” komandasına məğlub olaraq 12 xalla 5-ci sıranı tutub. Ş.Məmmədyarov isə rusiyalı Pavel Elyanovla heç-heçə oynayıb. Bu nəticələrdən sonra V.Həşimovla Ş.Məmmədyarovun komandalarının Avropa çempionatına vəsiqə qazana bilməməsi rəsmiləşib.
Qeyd edək ki, Rusiya Premyer Liqasının reqlamentinə görə, yalnız ilk dörd yeri tutan klublar bu hüququ qazanıblar.
Qeyd edək ki, Rusiya Premyer Liqasının reqlamentinə görə, yalnız ilk dörd yeri tutan klublar bu hüququ qazanıblar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0