Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasına yeni idmançılar cəlb olunub
14.04.2008 - 15:10
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasına yeni idmançılar cəlb olunub. “APA-Sport” agentliyinin məlumatına görə, Bakı şəhərinin müxtəlif klublarının tərkibində məşğul olan avarçəkənlərdən 8-i aprelin 20-də Mingəçevir şəhərinə təlim-məşq toplantısına aparılacaq. Onlar Aleksandr Maksimov, Nicat Mehdiyev, Telman Həbibli, Turqay Məmmədov, Sərxan Hüseynov, Xəyal Zülfüqarov, Orxan Kərimov və Kamil Quliyev olacaq. Yeni idmançılar, həmçinin mayın 9-da start götürəcək Azərbaycan çempionatına da qatılacaqlar. Həmin vaxt əsas yığmamız Rusiyanın Rostov şəhərində keçiriləcək beynəlxalq «Don» reqatasında mübarizə aparacağından, toplanışa bir həftə sonra qoşulacaq. «Kür» Təlim-Tədris Mərkəzində keçiriləcək hazırlıq prosesi 20 gün davam edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0