Azərbaycan hakimləri Avropa çempionatının seçmə oyunlarına təyinat alıblar
14.04.2008 - 16:00
Bakı. Kənan Həsənov – APA-Sport. Avropa Həndbol Federasiyası Azərbaycan hakimlərinə təyinat göndərib. Bu haqda “APA-Sport” agentliyinə Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərov məlumat verib. Onun sözlərinə görə, beynəlxalq dərəcəli hakimlər Ernest və Emil Ağakişi qardaşları Avropa çempionatının seçmə qrup oyunlarını idarə edəcəklər. Həmyerlilərimiz bu məqsədlə mayın 7-də Yunanıstana yollanacaqlar. Ağakişi qardaşları mayın 9-dan 11-dək keçiriləcək 18 yaşadək oğlanlardan ibarət milli komandaların oyununda ədaləti qoruyacaqlar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0