Akrobatik gimnastika üzrə Bakı birinciliyi başa çatıb
15.04.2008 - 10:25
Bakı. Kənan Həsənov – APA-Sport. Akrobatik gimnastika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, yarışın mükafatlarına Bakı Gimnastika Məktəbinin və Nizamin rayon İdman Məktəbinin təmsilçiləri sahib çıxıblar. Qadın və qarışıq cütlüklərin birinciliyində müvafiq olaraq Afaq Məhərrəmova-Pərizad Quliyeva və Faiq Sultanov-Tamara Babakişiyeva duetləri qalib gəlib. Emil Yarəhmədovla Elçin Məmmədov kişi cütlüklərin, Nahid Ağadadaşov, Pərvin Pənahov, Adil Feyzullayev və Omar Seyidov isə qrup komandalarının yarışında qızıl medal qazanıblar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0