Zemfira Meftahəddinovaya Pekin olimpiadasına qatılmaq üçün güzəştli kart verilib
15.04.2008 - 12:27
Güllə atıcımız İradə Aşumovaya isə analoji lisenziya verilməyib. M.Rəhimov İ.Aşumovanın da güzəştli kartla Olimpiya Oyunlarında ölkəmizi təmsil edib-etməyəcəyi haqda qəti fikir bildirməyin hələ tez olduğunu söyləyib: “Adətən, atıcılıq növündə güzəştli kart ölkənin bir idmançısına təqdim olunur”.
Qeyd edək ki, Z.Meftahəddinova hazırda Çinin paytaxtı Pekində keçirilən Dünya kubokunda mübarizə aparır. O, qızıl medal qazandığı 2000-ci il Sidney Yay Olimpiya Oyunlarına da güzəştli kartla yollanmışdı.
Bununla da ölkəmizin Pekin Olimpiadasına qazandığı lisenziyaların sayı 29-a yüksəlib. İndiyədək güləşçilərimiz 7, cüdoçularımız 6, ağır atletlərimiz 5, bədii gimnastlarımız 3, boksçu, atlet və üzgüçülərimiz hərəyə 2, taekvondo və stend atıcılarımız isə hərəyə 1 lisenziyaya sahib çıxıblar.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0