Azərbaycan milli komandası Rostova yollanacaq
15.04.2008 - 13:00
Rostov. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət milli komandası Rusiyanın Rostov şəhərinə yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, pəhləvanlarımız aprelin 25-də start götürəcək Samurqaşev qardaşlarının mükafatı uğrunda beynəlxalq turnirdə mübarizə aparacaqlar. Üç gün davam edəcək yarışda ölkəmizi 7 idmançı – Tural Həsənzadə (42 kq), Elvin Həsənov (50 kq), Orxan Qəmbərov, Hüseynqulu Gülümcanov (hər ikisi 54 kq), Rəşad Hüseynzadə (58 kq), Toğrul Yunuslu və İsmayıl İsmayılov (hər ikisi 63 kq) təmsil edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0