İlkin Şahbazov: “Avropa çempionatının finalında hakimlərin mənə etdiyi xəbərdarlıqlar ucbatından uduzdum”
15.04.2008 - 18:16
Bakı. Elşən Məmmədov-APA-Sport. “Qitə birinciliyində çətin qrupa düşmüşdüm. Buna baxmayaraq, sonuncu Avropa çempionu Dennis Bekkersi məğlubiyyətə uğratdım. Finalda isə hakimlərin mənə etdiyi xəbərdarlıqlarla uduzdum”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında 67 kq çəki dərəcəsində gümüş medal qazanan Azərbaycan taekvondoçusu İlkin Şahbazov deyib. İki il öncə Avropa çempionu olan İ.Şahbazovun sözlərinə görə, Romada ikinci yeri tutması özü üçün geriyə addım deyil: “Əvvəla, 2006-cı ildə mən 62 kq çəkidə qitə çempionu olmuşdum. Digər tərəfdən, sonradan dizimdən əməliyyat olunduğumdan, arzuolunan formamı yığmaq müəyyən qədər vaxt apardı”. Taekvondoçumuz finalda uduzduğu türkiyəli Sərvət Təzəgüllə döyüş haqda da danışıb. O bildirib ki, görüşün gedişində 1:0 hesabı ilə öndə olsa da, sonradan hakimlər tərəfindən dörd dəfə cərimə olunub. Nəticədə qazandığı bir xalı əlindən alınıb. Üstəlik, S.Təzəgülün aktivinə 1 xal yazılıb: “Fikrimcə, hakimlər məni bu qədər cəzalandırmaya da bilərdilər. Məsələn, mən döyüşə-döyüşə meydançanın hüdudlarından kənara çıxdığım halda, hakimlər qəsdən belə etdiyimi düşündülər”.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0