Azərbaycan badmintonçuları mükafat fondu 15 min dollar olan turnirə qatılacaqlar
16.04.2008 - 11:37
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycan badmintonçuları Hollandiyanın Vateringen şəhərində keçiriləcək beynəlxalq turnirə qatılacaqlar. Bu haqda «APA-Sport» agentliyinə Badminton Federasiyasının baş katibi Mirzə Orucov məlumat verib. Onun sözlərinə görə, aprelin 24-də start götürəcək turnirdə Orxan Qələndərov və Kərim Musayev qüvvəsini sınayacaq. Badmintonçularımız yarışa baş məşqçi Cavanşir Əlizadənin rəhbərliyi altında yollanacaqlar. Ümumi mükafat fondu 15 min dollar olacaq turnirdə O.Qələndərov və K.Musayev həm fərdi, həm də qoşa mübarizədə iştirak edəcəklər. Dörd gün davam edəcək yarışda 20-dən çox ölkənin 65 badmintonçusu yer alacaq.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0