Bakıda keçirilən lisenziya xarakterli turnirdə Azərbaycan yığması İspaniyaya uduzub
16.04.2008 - 17:51
Bakı. Aqşin Əliyev – APA-Sport. Qadınlardan ibarət otüstü hokkey yığmaları arasında Bakıda keçirilən lisenziya xarakterli beynəlxalq turnirdə 4-cü turun görüşlərinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turunda Azərbaycan milli komandası İspaniyaya məğlub olub. Pakistanlı Tahir Zamanın rəhbərlik etdiyi kollektiv Pireney yarımadası təmsilçiləri ilə oyunda qapısından dörd cavabsız top buraxıb. Digər matçlarda Ukrayna Çilini (2:1), Belarus isə Keniyanı (4:0) üstələyib. Dörd turdan sonra İspaniya 12 xala vahid liderdir. Azərbaycan və Ukrayna hərəyə 9 xalla 2-3-cü yerləri bölüşdürürlər. Sonrakı pillələrdə Çili, Belarus və Keniya qərarlaşıb. Sabah yarış iştirakçıları istirahət edəcəklər. Aprelin 18-də isə son tur çərçivəsində yığmamız Ukraynanı sınağa çəkəcək.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə ilk iki pilləni tutan komandalar sonda Pekin olimpiadasına yeganə lisenziya uğrunda qarşılaşacaqlar. Axırıncı turun nəticələrindən asılı olmayaraq, İspaniyanın həlledici matçda oynayacağı dəqiqləşib.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə ilk iki pilləni tutan komandalar sonda Pekin olimpiadasına yeganə lisenziya uğrunda qarşılaşacaqlar. Axırıncı turun nəticələrindən asılı olmayaraq, İspaniyanın həlledici matçda oynayacağı dəqiqləşib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0