Azərbaycan basketbolçusu Aleksandr Rındin Rusiya çempionatında 17 xal toplayıb
17.04.2008 - 10:46
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın basketbol üzrə milli komandasının lideri Aleksandr Rındinin şərəfini qoruduğu “Ural-Qreyt-2” klubu Rusiya çempionatında növbəti oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, permlilər Moskvada yerli “ÇSKA-Trinta” klubu ilə qarşılaşıb. Görüş “Ural-Qreyt-2”nin 83:77 hesablı qələbəsi ilə başa çatıb. Əsas heyətdə mübarizə aparan və 17 xal toplayan A.Rındin komandasının ən məhsuldar basketbolçularından biri olub. Tərəflər arasında ikinci oyun bu gün baş tutacaq. Keçirdiyi 45-ci oyunda 35-ci qələbəsini qazanan “Ural-Qreyt-2” klubu 80 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0