Zemfira Meftahəddinova Dünya Kubokunda 25-ci yeri tutub
17.04.2008 - 11:46
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın stend atıcısı Zemfira Meftahəddinova Çinin paytaxtı Pekində təşkil olunan Dünya Kubokunda çıxış edib. “APA-Sport” agentliyinin məlumatına görə, Sidney Yay Olimpiya Oyunlarının qalibi yarışda uğursuzluğa düçar olub. O, təsnifat mərhələsində 75 mümkün xaldan 62-sini toplayaraq, mübarizəni erkən dayandırıb. Yekunda Z.Meftahəddinova 44 idmançı arasında 25-ci olub. Həmçinin, güllə atıcısı İradə Aşumova da Pekində zəif nəticə göstərib. Afina olimpiadasının bürünc medalçısı 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açmada 35-ci, 25 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açmada isə 36-cı yeri tutub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0