Aleksandr Rındin Azərbaycana qayıdır
17.04.2008 - 12:24
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın basketbol üzrə milli komandası bu gündən Zaqatalada təlim-məşq toplanışına başlayıb. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Elxan Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırlıq prosesi aprelin sonunadək nəzərdə tutulub. Yığmanın kapitanı Tahir Baxşıyevlə, Anar Sarıyev hazırda Bakıda fərdi proqram üzrə məşq edirlər. Rusiya çempionatında “Ural-Qreyt” klubunun şərəfini qoruyan Aleksandr Rındin isə aprelin 26-da komandaya qoşulacaq.
Qeyd edək ki, millimiz iyunun 17-dən 22-dək Şotlandiya təşkil olunacaq Avropa çempionatının C divizionunda mübarizə aparacaq. Bu yarışda komandamızın rəqibləri qismində meydan sahibləri ilə yanaşı, Moldova, San-Marino, Cəbəllüttariq, Andorra, Uels və Malta yığmaları çıxış edəcək.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0