Azərbaycan cüdoçuları Rusiyada keçirilən beynəlxalq turnirdə iki qızıl medal qazanıblar
17.04.2008 - 13:10
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın yeniyetmə cüdoçuları Rusiyanın Tver şəhərində keçirilən beynəlxalq turnirdə mübarizə aparıblar. Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışda qüvvəsini sınayan 19 idmançımızdan 2-si fəxri kürsüyə yüksəlib. Belə ki, bütün rəqiblərinə qalib gələn Vüqar Şirinli (55 kq) və Fəqan Eminoğlu (60 kq) qızıl medala layiq görülüblər. Bundan başqa, Nurlan Əliyevlə (60 kq) Cəlil Həziyev (66 kq) yalnız 3-cü yer uğrunda görüşdə uduzaraq, 5-ci sırada qərarlaşıblar. Yarışdan sonra cüdoçularımız 3 günlük təlim-məşq toplanışında iştirak ediblər. Məşqçilər Rəşad Məmmədovla Rəşad Həsənovun rəhbərlik etdiyi kollektiv dünən gecə vətənə qayıdıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0