Azərbaycanın 20 universal döyüşçüsü Rusiyada keçirilən dünya çempionatına qatılacaq
17.04.2008 - 16:15
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın gənc qız və oğlanlardan ibarət universal döyüş üzrə milli komandası Rusiyanın Medin şəhərinə yollanıb. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfərdə məqsəd sabah start götürəcək dünya çempionatında iştirak etməkdir. Yarışda milli komandanın baş məşqçisi Fərhad Ocaqverdiyevin rəhbərliyi altında 20 idmançımız öz bacarığını nümayiş etdirəcək. Çempionata aprelin 20-də yekun vurulacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0