Turan Mirzəyev Avropa çempionatında uğursuzluğa düçar olub
18.04.2008 - 10:09
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın Linyano şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın daha iki ağırlıqqaldıranı qüvvəsini sınayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 69 kq çəki dərəcəsində çıxış edən Turan Mirzəyevlə Əfqan Bayramov müxtəlif nəticələr göstəriblər. Milli komandamızın aparıcı üzvlərindən sayılan T.Mirzəyev yaxşı start götürüb. Birdən qaldırmada 146 kq-ın öhdəsindən gələn 29 yaşlı atlet yarışın ilk hissəni 3-cü pillədə başa vurub. Lakin o, uğurun davamını gətirə bilməyib. Belə ki, təkanla qaldırma zamanı 3 dəfə podiuma çıxan T.Mirzəyev ştanqla bacarmayıb. Ə.Bayramov isə ümumilikdə 309 kq-ı (136+173) başı üzərinə qaldırmaqla, 5-ci yeri tutub. Qarşıdakı günlərdə baş məşqçi Vahid Nəzərovun rəhbərlik etdiyi kollektivdən Namiq Cəmilov (77 kq), İntiqam Zairov (85 kq), Əlibəy Səmədov və Rövşən Fətullayev (hər ikisi 94 kq) öz bacarığını nümayiş etdirəcək.
Qeyd edək ki, öncə mübarizəyə qoşulmuş Zülfüqar Süleymanov 5-ci, Sərdar Həsənov isə 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, öncə mübarizəyə qoşulmuş Zülfüqar Süleymanov 5-ci, Sərdar Həsənov isə 6-cı pillədə qərarlaşıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0